Şəhər səs-küyündən uzaqda, ailə istirahətləri üçün nəzərdə tutulmuş villa. Üfüqi proporsiyalar, geniş dam və ritmik pəncərə zolaqları ilə memarlıq təbiətlə birləşir. Dizaynın məqsədi: sadə həyat tərzinə uyğun rahat, funksional və modern mühit yaratmaq.
Sakit ailə istirahətləri üçün dizayn edilmiş 700 m²-lik villa, funksionallığı təbiətlə birləşdirərək ətrafı ilə ahəngdə, sakit və zamansız bir istirahət məkanı yaradır.


Bakıda Bilgəh ərazisində yerləşən villa, şəhər səs-küyündən uzaqda, müştərimizin ailəsi ilə həftəsonu və bayramları sadə həyat tərzində keçirməsi üçün nəzərdə tutulmuş layihədir. 700 m² qapalı sahəni əhatə edən dizayn hər mövsümdə zövq alınacaq funksionallıq və təbii mühiti önə çıxarır.
Layihə Bakının coğrafi şərtləri ilə ahəngdə hazırlanıb. Həm memarlıq, həm də açıq landşaft sahələri komandamız tərəfindən yaradılıb və nəticədə sakit, təbii və rahat bir yaşayış mühiti formalaşdırılıb.


Bilgəhdə yerləşən Silent Private House, şəhərdən uzaqda ailə istirahəti üçün düşünülmüş 700 m²-lik villa layihəsidir. Təbiətə açılan planlama, balanslı işıqlandırma və sadə material palitrası ilə villa evlər üçün zamansız bir nümunə yaradır. Layihə eskiz layihə mərhələsində günəş bucaqları və külək istiqamətlərinə görə formalaşdırılıb, daha sonra plan, fasad və landşaft həlləri ilə dəqiqləşdirilib. Interiome Project komandası ev proyekleri üzərində işləyərkən funksionallıq, rahatlıq və estetik dəyərləri birləşdirir: açıq plan yaşayış zonası, eyvan–həyət əlaqəsi və təbii materiallarla ahəngdar interyerlər. Nəticə — dörd fəsil istifadə oluna bilən, baxımı asan, enerjiyə qənaətli villa layihəsidir.
