Müasir minimal üslubda yenilənmiş 80 m² 3 otaqlı ev proyekti — maksimum işıq, funksiya və estetik ahəng.
Görmüş olduğunuz 3 otaqlı ev proyekti Bakıda şəhərin mərkəz hissələrindən birində yerləşir və 80 m² sahə müasir, minimal yanaşma ilə yenidən dizayn edilib. İlkin planlaşdırmada məhdud sahədə bir qonaq otağı və iki yataq otağı nəzərdə tutulsa da, onlardan biri qapalı və işıqsız idi.
Yenilikçi interyer dizayn həlləri sayəsində ev proyektini yenidən qurduq, bütün zonalar təbii işıqdan faydalansın; nəticədə işıqlı, funksional və ahəngdar interyer əldə olundu. Bu mənzil kirayə vermək, satmaq və ya kiçik, minimal ailənin rahat yaşaması üçün uygundur. Bütün məkan boyu vahid rəng tonları və materiallardan istifadə etməklə həm estetik bütövlüyü, həm də xərclərin səmərəliliyini təmin etdik.








Şəhər mərkəzində yerləşən bu 3 otaqlı ev proyekti minimal üslub funksionallıqla birləşdirilib. Açıq tonlu divarlar, balıqquyruğu parket və seçilmiş terracotta vurğular (tavan zolağı və plynthus) interyerə isti atmosfer qatır. Qonaq otağında TV konsolu və nöqtə relyefli panel təmiz fon yaradır; L formalı divan, mərmər üstlü iki mərtəbəli jurnal masası və rəf-niş sistemi gündəlik rahatlığı təmin edir. Otaqda mərmər masa, zeytun-yaşıl stullar və heykəlsayağı asma işıqlar vizual mərkəz yaradır; şüşə vitrin bar bölməsi kimi işləyir.
Yataq otağında taxta başlıq xətti və sakit kompozisiya qorunub; perforasiya olunmuş, tağ formalı fasadlı dolablar həm dekorativ, həm də səliqəli saxlama həlli təqdim edir. Bütün məkan boyu vahid material palitrası (açıq bozlar, təbii ağac, terracotta aksentlər) və xətti işıqlandırma istifadə olunaraq məkan vizual olaraq genişləndirilib.




